Hindistanda mövsümi yağışlar daşqınlara səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 33 nəfərin öldüyü bildirilir.
Əsasən, Telanqana ştatı sakinləri daşqınlardan əziyyət çəkiblər. Sel yüzlərlə tikilini, təsərrüfat sahəsini dağıdıb. Bəzi bölgələrdə yollarda yığılıb qalan su nəqliyyatın hərəkətini iflic edib.
Bəzi yaşayış məntəqələri ilə yerüstü əlaqə tamamilə kəsilib. Ümumilikdə, 11 rayonda qırmızı həyəcan siqnalı elan olunub.
Hindistanda iyun ayından indiyə kimi daşqın, sel və torpaq sürüşmələri nəticəsində 170-dən çox şəxs ölüb.