Hindistanın Telanqana ştatında müsəlman ailəyə hücum edən 11 nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, saxlanılanlar arasında hakim Bharatiya Janata Partiyasından olan parlament üzvü də var.
Hücumun görüntüləri sosial mediada geniş şəkildə paylaşılıb və müsəlman ailəyə edilən hücuma reaksiya verilib.
Məclis Bachao Tehreek (MBT) Partiyasının sözçüsü Emcedullah Xan hadisəni pisləyib və müsəlman liderlərin hadisə ilə bağlı susmasını tənqid edib.