Operativ Məlumat Mərkəzi

Hindistan Prezidenti qırıcı təyyarə ilə uçub

1 dəq
Paylaş:
Hindistan Prezidenti qırıcı təyyarə ilə uçub
bu barədə prezident administrasiyasının məlumatında deyilir. Bildirilir ki, qırıcı təyyarəni Hindistan Hərbi Hava Qüvvələrinin kapitanı Navin Kumar idarə...

Hindistan Prezidenti Draupadi Murmu Su-30MKI qırıcısı ilə yarım saatlıq uçuş həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında deyilir.

Bildirilir ki, qırıcı təyyarəni Hindistan Hərbi Hava Qüvvələrinin kapitanı Navin Kumar idarə edib.

Bununla da, Murmu Su-30MKI təyyarəsində uçuş həyata keçirmiş Hindistanın ikinci qadın prezidenti olub. Daha əvvəl, 2009-cu ildə ölkənin o vaxtkı Prezidenti Pratibha Patil qırıcı təyyarədə uçuş həyata keçirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər