Hindistanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməməyi tövsiyə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bölgədəki vəziyyətə diqqət çəkən açıqlamada Hindistan vətəndaşlarının növbəti xəbərdarlığa qədər məlumatlandırılacağı bildirilib.
Açıqlamada, bu ölkələrdə yaşayan hindlilərdən səfirliklərlə əlaqə saxlamaları istənilib və bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib.
Hindistan öz vətəndaşlarına İran və İsrailə səyahət etməməyi tövsiyə edir
1 dəq