Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə Çini keçərək dünyanın ən sıx əhalisinə malik ölkəsi olan Hindistanın 21-ci əsr boyu bu titulu qoruyacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Birləşmiş Millətlər Əhali Fondu (UNFPA) 1910-cu il milli siyahıyaalınması, 3 min 189 sorğu və 1950-2023-cü illər arasında aparılan əhalinin qeydiyyatı sistemlərindən əldə edilən məlumatlardan istifadə edilməklə yaradılan “2024-cü ildə Dünya Əhalisinin Vəziyyəti” hesabatını dərc edib.
Hesabatda Hindistanın bu il əhalisi 1,45 milyard olaraq təyin olunub. Hesablamalara əsasən, 2100-cü ilə qədər ən çox əhalisi olan ölkə olaraq qalacaq.
Hindistan 21-ci əsrdə ən çox əhalisi olan ölkə olacaq
1 dəq