Əsas məzmuna keç

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyətini qəbul edib

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyətini qəbul edib

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada qardaş ölkənin rəsmiləri ilə görüşüb. Müzakirələrin əsas mövzusu regiondakı strateji əməkdaşlıq və layihələr olub.

en ru

Prezidentinin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və "Anadolu" Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub.

Həmçinin Azərbaycanın və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, texnologiyalarının media sahəsində tətbiqi, Təşkilatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…