Əsas məzmuna keç

Hikmət Hacıyev Şuşada D-8 nümayəndələri ilə görüş keçirdi

Hikmət Hacıyev Şuşada D-8 nümayəndələri ilə görüş keçirdi

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada D-8 təşkilatının rəsmiləri ilə bir araya gəlib. Görüşdə hansı mühüm məsələlər müzakirə olunub? Təfərrüatlar yazımızda.

en ru

Prezidentinin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Sohail Mahmud, Təşkilatın direktoru Mustafa Özcan və Baş katibin icraçı köməkçisi Muhammad Bilal Xan ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüşdə Azərbaycanla D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü xatırladıb. O qeyd edib ki, məhz dövlətimizin başçısının bu təşəbbüsü çərçivəsində ötən il Azərbaycanda ilk dəfə D-8 Media Forumu keçirilib. D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətə başlaması isə həmin təşəbbüsün məntiqi davamıdır.

Sohail Mahmud öz növbəsində Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması münasibətilə təbriklərini çatdırıb və buna görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Mərkəzin D-8-ə üzv dövlətlərin media nümayəndələrinin peşəkar hazırlığı, və media sahələrində yeni çağırışların müzakirəsi, dezinformasiyaya qarşı mübarizə istiqamətində təlimlərin təşkili və təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayacağı vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…