Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyətini qəbul edib

2 dəq
Paylaş:
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyətini qəbul edib

Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və "Anadolu" Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub.

Həmçinin Azərbaycanın və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, texnologiyalarının media sahəsində tətbiqi, Təşkilatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax