Əsas məzmuna keç

Azərbaycanda yanğına həssas bölgələr AÇIQLANDI

Azərbaycanda yanğına həssas bölgələr AÇIQLANDI

Azərbaycanda hazırda gözlənilən isti hava şəraitində yanğına həssas bölgələr açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov...

Azərbaycanda hazırda gözlənilən isti hava şəraitində yanğına bölgələr açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim məlumat verib.

O bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, sahələrində yanğın təhlükəsi ehtimalı artır.

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.

“Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.

Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Qeyd edək ki, avqustun 29-30-da respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

Hava proqnozu

13° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…