Suriya ordusu Livandan atılan artilleriya mərmilərinin Dəməşqin qərbindəki Serqaya şəhəri yaxınlığında düşdüyünü bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Ordu Hizbullahı Suriya ordusunun mövqelərini atəşə tutmaqda ittiham edib.
Qeyd olunub ki, Hizbullahın əlavə qüvvələri Suriya-Livan sərhədində müşahidə olunub.
Suriya ordusu da vəziyyəti qiymətləndirdiyini bildirib və Livan ordusu ilə əlaqə saxladığını, müvafiq hərəkət variantlarını müzakirə etdiyini əlavə edib.
Ordunun açıqlamasında isə bildirilib ki, Suriya ordusu öz ərazisinə qarşı təcavüzə dözməyəcək.