Operativ Məlumat Mərkəzi

Heydər Əliyev Fondu Şəkidə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə - FOTO

1 dəq
Paylaş:
Heydər Əliyev Fondu Şəkidə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə - FOTO
Fondun Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil etdiyi şənlikdə azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə...

Avqustun 26-da Heydər Əliyev Fondunun uşaqlar üçün keçirdiyi növbəti şənliyin ünvanı Şəki şəhəri olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fondun Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil etdiyi şənlikdə azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün keçiriblər.

Təşkil edilən oyunlar - “Xəzinə ovu”, “Balonlu estafet”, “Sehrbaz” şou və digərləri uşaqların həm istirahətinin səmərəli təşkilinə, həm də inkişafına bir töhfə olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər