Əsas məzmuna keç

EBRD Şəkidə nəhəng su layihəsinə 91 mln. avro ayırdı

EBRD Şəkidə nəhəng su layihəsinə 91 mln. avro ayırdı

Avropa Yenidənqurma və İnkişaf Bankı infrastrukturun yenilənməsi üçün vəsait ayırdı. İçməli su təchizatı və tullantı suları ilə bağlı hansı yeniliklər olacaq?

en ru

Yenidənqurma və İnkişaf () şəhəri və ətraf kəndlərdə su və kanalizasiya infrastrukturunun yenilənməsini nəzərdə tutan layihəni təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihə üzrə qərar aprelin 29-da Bank tərəfindən qəbul edilib. Məlumata görə, layihənin ümumi dəyəri 95 milyon təşkil edir və bunun 91 milyon avroya qədər hissəsi kredit xətti hesabına maliyyələşdiriləcək.

Layihə çərçivəsində Şəki şəhərində və yaxın kəndlərdə içməli su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin qurulması, həmçinin tullantı sularının təmizlənməsi qurğularının tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin əsas məqsədi fasiləsiz su təchizatını təmin etmək, tullantı sularının idarə olunmasını yaxşılaşdırmaq və daşqın risklərinə qarşı dayanıqlı infrastruktur yaratmaqdır.

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…