Operativ Məlumat Mərkəzi

“Heydər Əliyev adına təqaüd” təsis edilib

1 dəq
Paylaş:
“Heydər Əliyev adına təqaüd” təsis edilib
“Heydər Əliyev adına təqaüd” təsis edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb....

“Heydər Əliyev adına təqaüd” təsis edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

Təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər