Hesablama Palatası: "Konsolidə edilmiş maliyyə hesabatlarının auditi bəzi problemləri üzə çıxarıb"

Hesablama Palatası: "Konsolidə edilmiş maliyyə hesabatlarının auditi bəzi problemləri üzə çıxarıb"
28.07.2023 15:09
Aa
dəq

Azərbaycanda bəzi dövlət müəssisələrinin debitor borcların göstəricilərinin hesabatlılıqda əks olunmaması vacib maliyyə pozuntusu hesab olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Auditorlar Palatası və İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

Onun sözlərinə görə, hesabat ilində Hesablama Palatası ilk dəfə həyata keçirdiyi qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatlarının auditinin ilkin nəticələri maliyyə uçotu və hesabatlılığının beynəlxalq standartlara uyğun aparılmasında bəzi problemlərin olduğunu göstərir.

"Qurumların tabeliyində olan bəzi müəssisələrinin birləşdirilmiş hesabatda nəzərə alınmamasını, tabe qurumları tərəfindən uçotun köhnə mühasibat uçotu əsasında aparılması və yalnız birləşdirilmiş hesabatın tərtibi zamanı beynəlxalq standartlara uyğunlaşdırılmasını, qurumdaxili əməliyyatların konsolidasiyanın aparılması zamanı diqqətə alınmamasını, bəzi müəssisələrin debitor borcların göstəricilərinin hesabatlılıqda əks olunmamasını vacib maliyyə pozuntuları kimi qeyd edə bilərəm. Bu, həm konsolidasiyanın fəlsəfəsinin başa düşülməməsindən, həm də peşəkar potensial boşluqlarının olmasından irəli gəlir", - V. Gülməmmədov deyib.

Hesablama Palatasının sədri hesab edir ki, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, təkmil İT infrastrukturun qurulması və İT sistemlərin inteqrasiyası əhəmiyyətlidir.

"Bununla yanaşı, hesablama əsaslı uçotun və hesabatlılığın tətbiqi üçün potensialın yaradılmasını, başqa sözlə həm maliyyə hesabatını tərtib edən əməkdaşların, həm də büdcə üzrə qərarverənlərin, həmçinin maraqlı tərəflərin bu islahatı daha yaxşı başa düşməsi üçün bilik və bacarıqlarının artırılmasını,hazırda iştirakçısı olduğumuz tədbir timsalında ictimai sektorun maliyyə hesabatları mövzusunda tədbirlərin fəal şəkildə təşkil edilməsini bu islahatın keçirilməsi üçün vacib hesab edirik", - V. Gülməmmədov bildirib.

Həftənin ən çox oxunanları

"Fitch": Azərbaycan bu il valyuta ehtiyatlarını 74 milyard dollara yaxınlaşdıracaq

DAVAMIN OXU davamın oxu

Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik

Maliyyə Nazirliyi:
DAVAMIN OXU davamın oxu

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu