Əsas məzmuna keç

Hərbi xidmətə qəbulda mühüm yenilik

Hərbi xidmətə qəbulda mühüm yenilik

Milli Məclisdə müzakirə edilən qanunla müddətdən artıq qulluq şərtləri yenilənir. Qadınlar üçün yaş həddi və valideyn razılığı ilə bağlı mühüm detallar açıqlandı.

en ru

Azərbaycanda hərbi xidmətə könüllü qəbul qaydaları və namizədlərə dair tələblər yenilənir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə mühüm dəyişikliklər təklif edilir.

Müvafiq qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin iclasında müzakirə olunub.

Layihəyə əsasən, müddətdən artıq hərbi xidmətə qəbul zamanı aşağıdakı kateqoriyalar nəzərdə tutulur:

Namizədlər ən azı ümumi orta təhsilli olmalı, müddətli həqiqi hərbi xidməti başa çatdırmalıdırlar. Həmçinin, 40 hərbi vəzifəlilər (zabitlər və gizirlər istisna olmaqla) və 19 yaşından 40 yaşınadək qadınlar xidmətə qəbul edilə bilərlər.

Mövcud qanunvericilikdə isə bu şərtlər əsasən əsgər, matros və çavuşların müddətdən artıq xidmətinə şamil edilirdi.

Əsasnaməyə təklif edilən yeniliyə görə, xüsusi təyinatlı müəssisələrinə qəbul edilən 18 yaşı tamam olmayan şəxslərlə müqavilə yalnız onların qanuni nümayəndələrinin ( və ya himayəçinin) yazılı razılığı ilə bağlanılacaq.

Bundan əlavə, xüsusi təyinatlı təhsil ocaqlarını bitirib ilk zabit hərbi rütbəsi alan vətəndaşlar, eləcə də 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular birbaşa kadr zabit heyətinə keçiriləcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…