Əsas məzmuna keç

Hərbi vəzifəlilərin təlimləri keçirildi

Hərbi vəzifəlilərin təlimləri keçirildi

Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini artırır. Ehtiyatda olan heyətin peşəkarlıq səviyyəsi yoxlanıldı. Təlimlərin gedişatı və əsas məqsədləri ilə tanış olun.

en ru

2026-cı ilin planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə , eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…