Əsas məzmuna keç

Hərbi vəzifəlilər təlimdə praktiki atış çalışmaları yerinə yetiriblər

Hərbi vəzifəlilər təlimdə praktiki atış çalışmaları yerinə yetiriblər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir. Plana uyğun olaraq hərbi atıcı silahlardan praktiki çalışmalarını yerinə yetiriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, atışdan əvvəl şəxsi heyətə silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, atəş mövqeyinin tutulması və silahların döyüş vəziyyətinə gətirilməsi üzrə normativlər məşq etdirilib.

Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar hərbi vəzifəlilər tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…