Operativ Məlumat Mərkəzi

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edəcək

1 dəq
Paylaş:
Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edəcək
“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri...

“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər