Operativ Məlumat Mərkəzi

HƏMAS-la döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 406-ya çatıb

1 dəq
Paylaş:
HƏMAS-la döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 406-ya çatıb

Qəzza zolağındakı döyüşlərdə İsrail Müdafiə Ordusunun daha iki hərbçisi ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, ölənlərdən biri kapitan, o biri isə istefada olan mayordur.

Bildirilib ki, bununla da İsrail Müdafiə Ordusunun Qəza zolağının şimalında ölən hərbçilərinin sayı 80, ümumilikdə isə 406-ya çatıb.

Qeyd edək ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə oktyabrın 27-dən Qəzza zolağında əməliyyata başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər