Operativ Məlumat Mərkəzi

HƏMAS İsraillə razılaşmaya açıq olduğunu deyib

1 dəq
Paylaş:
HƏMAS İsraillə razılaşmaya açıq olduğunu deyib
bu barədə "The Times of Israel" məlumat yayıb. Qeyd olunub ki, HƏMAS-ın Qətərdəki siyasi bürosunun üzvü Hussam Badran razılığa gəlməyin mümkün olduğunu...

Qətərdə münaqişəyə son qoymaq və girovları azad etmək üçün danışıqlar başlayarkən, HƏMAS hərəkatı Qəzza zolağında İsraillə razılaşmaya açıqdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS-ın Qətərdəki siyasi bürosunun üzvü Hussam Badran razılığa gəlməyin mümkün olduğunu təsdiqləyib.

Badranın sözlərinə görə, qrupun tələbləri aydındır: İsrailin baş naziri Binyamin Netanyahu razılaşdırılmış məsələlərin həyata keçirilməsini öhdəsinə götürərsə razılaşma mümkün ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər