Operativ Məlumat Mərkəzi

Çin ABŞ-ı kosmosun hərbiləşdirilməsini dayandırmağa çağırıb

1 dəq
Paylaş:
Çin ABŞ-ı kosmosun hərbiləşdirilməsini dayandırmağa çağırıb
bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib. O, brifinqdə TASS-ın Pentaqonun peyklərin qarşısının alınması sisteminə...

Çin ABŞ-ın kosmosu hərbiləşdirməyə yönəlmiş hərəkətlərinə qarşıdır və Amerika tərəfindən qlobal təhlükəsizliyə təhdid yaradan addımlardan çəkinməyi tələb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

O, brifinqdə TASS-ın Pentaqonun peyklərin qarşısının alınması sisteminə başlayarsa, Çin tərəfinin hansı mövqe tuta biləcəyi ilə bağlı sualını cavablandırarkən, "Çin həmişə kosmosdan dinc istifadədə israr edib, silahlanma yarışına və kosmosda silah yerləşdirilməsinə qarşı çıxıb", deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər