Əsas məzmuna keç

HƏMAS-İsrail müharibəsi nəticəsində ölənlərin sayı 26 minə yaxınlaşır

HƏMAS-İsrail müharibəsi nəticəsində ölənlərin sayı 26 minə yaxınlaşır

bu barədə “Al Jazeera” məlumat yayıb. Bildirilib ki, İsrail tərəfdən azı 1 139 nəfər həyatını itirib, 8 730 nəfər isə yaralanıb. Qəzzada həlak olanların...

HƏMAS-la İsrail arasında müharibə başladığı gündən, yəni oktyabrın 7-dən azı 25 778 nəfər həlak olub, 73 884 nəfər isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Bildirilib ki, İsrail tərəfdən azı 1 139 nəfər həyatını itirib, 8 730 nəfər isə yaralanıb. Qəzzada həlak olanların sayına gəldikdə 9 600-ü uşaq olmaqla 24 285 nəfər təşkil edib, yaralıların sayı isə 8 663 nəfər uşaq olmaqla 61 154-dür. Ərazidə 8 min nəfərdən çox insanın itkin düşdüyü bildirilir.

Bundan başqa, İordan çayının qərb sahilində 95-i uşaq olmaqla 354 nəfər ölüb, həmçinin 4 min nəfərdən çox insan yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…