Əsas məzmuna keç

HƏMAS-ın yeni lideri bəlli olub

HƏMAS-ın yeni lideri bəlli olub

Fələstinin hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın rəhbəri Məhəmməd HƏMAS-ın yeni lideri olub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, Sinvar 2024-cü ilin oktyabrında həlak olan HƏMAS lideri Sinvarın kiçik qardaşıdır. Hərəkatın yeni rəhbəri qruplaşmanın dirçəldilməsi üçün fəal səylər göstərir, çünki onun döyüş imkanları İsrailin 2023-cü ilin oktyabrından Fələstin anklavında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ciddi şəkildə zəifləyib.

Ötən ilin oktyabrında İsrailin naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…