Həbsdə olan qohumuna ayaqqabının içərisində narkotik keçirmək istəyən şəxs saxlanılıb

Həbsdə olan qohumuna ayaqqabının içərisində narkotik keçirmək istəyən şəxs saxlanılıb
30.03.2023 14:33
Aa
dəq

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zamanı, orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,034 qram olan narkotik maddə - heroin aşkarlanıb.

Bundan başqa, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə muəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman, əynində olan göy rəngli şalvarın yan cibində kağız bükülüdə ümumi çəkisi 0,082 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu