Əsas məzmuna keç

Havanın temperaturu normadan yüksək olacaq - AÇIQLAMA

Havanın temperaturu normadan yüksək olacaq - AÇIQLAMA

Yay fəslinin qarşıdan gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim bildirib.

O deyib ki, qlobal iqlim dəyişməsi demək olar ki, dünyanın hər bir regionunda hiss olunacaq səviyyədədir:

"Bu da daha çox havanın temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. Ölkəmizdə də iqlim dəyişikliyinin son illər ərzində daha qabarıq hiss olunmaqdadır. Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır. Ümumilikdə iyul-avqust ayları ölkəmizin yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur”.

N.Mahmudov qeyd edib ki, qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur.

Hava proqnozu

13° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…