Əsas məzmuna keç

Havanın orta çoxillik temperaturunda yüksəlmə müşahidə olunur

Havanın orta çoxillik temperaturunda yüksəlmə müşahidə olunur

Son illər havanın orta temperaturunun artdığı müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim bildirib.

Onun sözlərinə görə, 2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında ölkədə havanın orta çoxillik temperaturu 1.3 dərəcə normadan yüksək olub: "Son 50 il ərzində respublika üzrə ən isti gün 2 avqust 2000-ci il tarixində Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə, və yarımadasında isə 1 iyul 2018-ci il tarixində Maştağada 44.5 dərəcə, Bakıda 42.7 dərəcə qeydə alınıb. Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 28 dekabr 2002-ci il tarixində Naxçıvan şəhərində 30 dərəcə, Bakı və Abşeron yarımadasında 8 fevral 2012-ci il tarixində 11 dərəcə müşahidə olunub”.

N.Mahmudov qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur: "Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar. Son dövrlərdə çaylarda baş verən hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”.

Hava proqnozu

13° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…