ABŞ-də hava limanında 2 yaşlı uşaq baqaj karuselinə çıxaraq itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin Nyu-Cersi ştatının Nyuark Liberti Beynəlxalq Hava Limanında qorxulu anlar yaşanıb.
Anası kassada uçuşunu yenidən sifariş edərkən yoxa çıxan 2 yaşlı uşaq sərnişinlərin baqajlarını qoyduğu baqaj karuseline çıxaraq sistemə daxil olaraq itib.
Oğlan kəmərə sürüşərək aşağı mərtəbədəki baqaj yoxlama sahəsinə düşüb. Hadisəni eşidən iki polis əməkdaşı dərhal hərəkətə keçib. Məmurlardan biri uşağı rentgen aparatının yanında tapıb.
Ailəsi ilə Florida ştatının Tampa şəhərinə tətilə getmək üçün hava limanında olan uşaq hadisədən sonra yoluna təhlükəsiz şəkildə davam edib.