İraqda fəaliyyət göstərən "Haşdi Şabi" qüvvələri ABŞ və Səudiyyə Ərəbistanının birgə hücumlarına məruz qaldıqlarını iddia edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təşkilatın yaydığı açıqlamaya əsasən, hava zərbələri Bağdad, Vasıt, Ninova, Bəsrə, Kərkük, Kərbəla və Diyala vilayətlərində yerləşən rəsmi mərkəzlərə endirilib.
Bildirilib ki, hücumlar nəticəsində təşkilata məxsus bir sıra obyektlərə, hərbi texnikaya və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hazırda ərazilərdə dəymiş zərərin qiymətləndirilməsi və hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
İlkin məlumatlara görə, zərbələr nəticəsində "Haşdi Şabi"nin azı 20 üzvü həyatını itirib, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.