Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden dövlət başçısı vəzifəsi uğrunda mübarizədən geri çəkildikdən sonra onu əvəz edəcək vitse-prezident Kamala Harris yüksək vəzifəli demokratların dəstəyini qazanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev lideri ötən gün namizədliyini geri çəkdiyini elan edib.
Bu, demokratlara ictimai dəstəyin, donorların da artmasına səbəb olub.
Bayden prezidentlik yarışında rəqibi Donald Trampla televiziya debatında uğursuz çıxış etdikdən sonra demokratlar onun istefasını tələb edirdilər.
Baydenin vəzifə müddəti bitənədək Ağ Evdə qalacağı gözlənilir.
Tramp isə bildirib ki, əgər Bayden aparatda qala bilmirsə, deməli, ölkəni də idarə edə bilməz.