Hansı olimpiadalarda qalib olanların lisey və gimnaziyalara müsabiqədənkənar qəbul edilə biləcəyi açıqlanıb

Hansı olimpiadalarda qalib olanların lisey və gimnaziyalara müsabiqədənkənar qəbul edilə biləcəyi açıqlanıb
25.05.2023 15:34
Aa
dəq

Hansı olimpiadalarda qalib olan şagirdlərin lisey və gimnaziyalara müsabiqədənkənar qəbul edilə biləcəyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev "Təhsil masası"nda məlumat verib.

O bildirib ki, VI-VII siniflər arasında keçirilən fənn müsabiqələrində qalib olan şagirdlər qalib olduqları fənn üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbul ola bilərlər:

"Məsələn, riyaziyyat fənni üzrə olimpiadada qalib olan şagird Bakının istənilən lisey və gimnaziyasına müraciət edərək müsabiqədənkənar qəbul olmaq imkanına sahibdir. Lakin bu gün keçirilən Lütfizadə adına məntiq olimpiadasında qalib olanların müsabiqədənkənar qəbulolma məsələsi yoxdur. Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və ayrı-ayrı özəl şirkətlər tərəfindən keçirilən olimpiadalar var. Bunları bir-birindən ayırmaq lazımdır. Əgər şagird Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən beynəlxalq olumpiadalarda qalib olubsa, həmin şagird lisey və gimnaziyalarda müsabiqədənkənar oxuya bilər. Şagirdlərin hansısa nailiyyətinə görə, yedəyişmə etməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, o, öz məktəbində qalıb, digər yoldaşlarına da nümunə olmalı və məktəbini təmsil etməlidir".

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu