Operativ Məlumat Mərkəzi

Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

1 dəq
Paylaş:
Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib. DİM-dən "Operativ Məlumat...

Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 207 namizəd iştirak edib

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər