Operativ Məlumat Mərkəzi

Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırılıb

1 dəq
Paylaş:
Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırılıb

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi ölkə çempionatının matçından sonra hakimi döydüyü üçün “Ankaragücü” futbol komandasının sabiq prezidenti Faruk Kocanı ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klub rəhbərliyinin digər üzvləri xəbərdarlıq alıblar və cərimə ediliblər. Komitə həmçinin “Ankaragücü”nün 2 milyon türk lirəsi cərimə ödəməsi barədə qərar qəbul edib. Komandanın növbəti beş ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Təxirə salınan liqalar dekabrın 19-da bərpa ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər