Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir
18.01.2025 14:20
Aa
dəq

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, bu mövzuda Türkiyə yenə də lazımi addımları atacaqdır.

“Bölgədə normallaşma prosesi olmadan nə İsrail, nə də Fələstinin sabitliyi mümkündür”, - nazir əlavə edib.

Həftənin ən çox oxunanları