Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçiriləcək Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, nazir NATO-nun Asiya-Sakit Okean regionu üzrə tərəfdaşları, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə keçiriləcək Şimali Atlantika Şurasının sessiyasına, daha sonra rəsmi işçi nahar formatında keçiriləcək NATO-Ukrayna Şurasının sessiyasına qatılacaq.
Hakan Fidanın Almaniyanın xarici işlər naziri Annalena Baerbok, Ukraynanın xarici işlər naziri Marko Rubio və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə ikitərəfli görüşü nəzərdə tutulub.