Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hakan Fidan: İsrailin hücumu piratçılıqdır

2 dəq
Paylaş:
Hakan Fidan: İsrailin hücumu piratçılıqdır

Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzza zolağına yönələn “Qlobal Sumud Donanması – İkinci Missiya” adlı humanitar donanmanın gəmilərinə qarşı hərəkətlərini piratçılıq aktı kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin yaydığı diplomatik bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub: “Qəzzaya çatdırmaq məqsədilə yaradılan Qlobal Sumud Donanmasına sularda İsrailin hücumu piratçılıq aktıdır. İsrail Qəzzada humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum etməklə humanitar dəyərləri və beynəlxalq hüququ pozub. Bu təcavüz eyni zamanda beynəlxalq sularda naviqasiya azadlığı prinsipinin də pozulmasıdır”.

Məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti İsrailin bu addımına qarşı vahid mövqe sərgiləməyə çağırıb. Qurum həmçinin bildirib ki, digər ölkələrlə birlikdə Türkiyə vətəndaşları və donanmadakı digər sərnişinlərlə bağlı vəziyyətin həlli üçün bütün zəruri addımlar atılır.

Nazirliyin sözçüsü Öncü Keçeli isə açıqlamasında qeyd edib ki, Türkiyənin naziri ispan həmkarı Xose Manuel Albarezlə apararaq donanma ətrafındakı vəziyyəti müzakirə edib. Bildirilib ki, söhbət zamanı İsrail qüvvələrinin Krit sahilləri yaxınlığında açıq dənizdə donanmaya müdaxiləsinin müxtəlif ölkələrdən olan mülki şəxslərin həyatını təhlükəyə atdığı və beynəlxalq hüququ pozduğu vurğulanıb.

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət bu cür qanunsuz müdaxilələrə qarşı ortaq mövqe nümayiş etdirməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax