Operativ Məlumat Mərkəzi

Hakan Fidan: ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir

1 dəq
Paylaş:
Hakan Fidan: ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir
bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində deyib. Amma o, bundan əmin olmadığını diqqətə çatdırıb: “Bəlkə, müharibənin...

ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində deyib.

Amma o, bundan əmin olmadığını diqqətə çatdırıb: “Bəlkə, müharibənin tempində yavaşlama olacaq. İctimai rəy artıq formalaşıb. Bu müharibə iki il yarımdır davam edir. Hər kəs öz limitlərini görür. Nüvə silahı tətbiq olunmadan hara qədər gedə bilinəcəyini də hər kəs anlayıb. Artıq hesab-kitab vaxtıdır”.

Xatırladaq ki, bu ilin noyabr ayında ABŞ-də prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, Ukraynadakı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər