Hacıqabulda ticarət mərkəzinin müdiri cərimələnib

Hacıqabulda ticarət mərkəzinin müdiri cərimələnib
26.07.2023 09:29
Aa
dəq

Muğanda ticarət mərkəzinin müdiri cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

İmişli-Bəhramtəpə avtomobil yolunun kənarında fəaliyyət göstərən "Qlobus-999" tikinti materialları mağazasının, İmişli rayonu, Qaradonlu kəndindəki “Araz" kafesinin, Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində “Muğan Firması" ticarət mərkəzinin, Saatlı rayonu, Mollavaizli kəndində “Oskar” kafesinin və Bərdə şəhəri, Bakı küçəsində fəaliyyət göstərən "Bazarstore" marketin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, "Qlobus-999" mağazasının müdiri Sahil Quliyev, “Araz" kafesinin sahibi Elnur Ağayev, “Oskar” kafesinin sahibi Saqif Məmmədov, "Bazarstore" mağazasının rəhbəri Pərviz Cabbarzadə vəzifəli şəxs qismində cərimələnib.

“Muğan Firması" ticarət mərkəzinin müdiri Zabil Məmmədovun isə hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış sənədlər Hacıqabul rayon məhkəməsinə göndərilib.

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu