Əsas məzmuna keç

Hacıqabulda polisin saxladığı avtomobildə narkotik və beşbarmaq aşkarlanıb

Hacıqabulda polisin saxladığı avtomobildə narkotik və beşbarmaq aşkarlanıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-i saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil...

Baş Dövlət İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-i saat 9 radələrində Bakı-Qazax yolunda postda “KİA” markalı yoxlama nəzarət qaydasında saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDYPİ-dən məlumat verilib.

Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar - Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) təhvil veriliblər.

RPŞ-də avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…