Hacı Nurana yüksək vəzifə verildi

Hacı Nurana yüksək vəzifə verildi
15.07.2023 17:12
Aa
dəq

Aparıcı Hacı Nuran Hüseynov “Xarıbülbül” voleybol klubunun rəhbəri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib.

“Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım.«Xarıbülbül» voleybol klubunun prezidenti seçildim. Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim”, - o yazıb.

Hacı Nuran Hüseynov etimad göstərən, etibar edən, güvənən, inanan hər kəsə təşəkkürünü bildirib: “Vətənimin dilbər guşələrindən olan doğma Qarabağımızın simvolu olan Xarıbülbül adına bir komandanın prezidenti olmaq mənim üçün ancaq qürurvericidir”.

O qeyd edib ki, peşəkar voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir: “Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir ... Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda ötən il Macarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb.

Qeyd edim ki, klubun təsisçisi beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda komandanın kapitanı İlqar Tofiq oğlu İmamquliyev, baş məşqçisi isə Ziya Rəcəbovdur.

Bu gün isə bu ali missiya mənə həvalə olundu. Olduqca gözlənilməz qərar idi. Qürurluyam, sevincliyəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Əminəm ki, bundan sonra «Xarıbülbül» adına olan voleybol klubunun sorağı bütün dünyanın arenalarından gələcək”.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu