Əsas məzmuna keç

"Haber Global" telekanalı Xocalı sakinləri ilə görüşüb, faciə gecəsi ilə bağlı süjet hazırlayıb

"Haber Global" telekanalı Xocalı sakinləri ilə görüşüb, faciə gecəsi ilə bağlı süjet hazırlayıb

telekanal əməkdaşları Xocalı sakinləri ilə görüşüb, faciənin baş verdiyi gecə ilə bağlı təəssüratlarını dinləyiblər. Xocalı sakinləri 1992-ci il fevralın...

Türkiyənin “Haber Global” telekanalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı geniş hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, telekanal əməkdaşları Xocalı sakinləri ilə görüşüb, faciənin baş verdiyi gecə ilə bağlı təəssüratlarını dinləyiblər.

Xocalı sakinləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verənləri, rayon ərazisindən çıxaraq Ağdam istiqamətinə neçə qaçdıqlarını danışıblar.

Süjetdə Qarqar çayını keçdikdən sonra sakinlərin bir qisminin götürüldüyü, bir qisminin isə atəşə tutularaq öldürüldüyü vurğulanıb.

Videomaterialda 33 illik həsrətdən sonra Xocalıda yenidən həyatın bərpa olunduğu, sakinlərin doğra yurd-yuvalarına qayıtması da qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…