Haaland "Mançester Siti" ilə yeni müqavilə imzaladı

Haaland "Mançester Siti" ilə yeni müqavilə imzaladı
17.01.2025 14:35
Aa
dəq

"Mançester Siti" komandanın bombardiri Erlinq Haaland ilə yeni uzunmüddətli müqavilə imzaladığını rəsmən açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər arasında 2034-cü ilin ortalarına qədər olan yeni müqavilə bağlanıb.

Qeyd edək ki, norveçli futbolçunun hazırkı transfer dəyəri 200 milyon avro qiymətləndirilir.

Onun İngiltərə çempionu ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatacaqdı.

Erlinq bu mövsüm 28 matçda iştirak edib. Hücumçu 21 qola imza atıb. 

Həftənin ən çox oxunanları