Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Quterreş Hörmüz boğazında gərginlik fonunda tam atəşkəsə çağırdı

2 dəq
Paylaş:
Quterreş Hörmüz boğazında gərginlik fonunda tam atəşkəsə çağırdı

BMT-nin Antonio ABŞ və İran arasında tam atəşkəsin əldə olunmasına və boğazında gəmiçiliyin bərpasına çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Quterreş bildirib ki, Hörmüz boğazı və ətrafında naviqasiya hüquq və azadlıqlarının məhdudlaşdırılması miqyasda ciddi çətinliklər və qeyri-sabitlik yaradır.

“Dünyanın tam atəşkəsə və hüquqa uyğun olaraq naviqasiya hüquq və azadlıqlarının bərpasına ehtiyacı var”, – deyə BMT baş katibi qeyd edib.

O, həmçinin vurğulayıb ki, ən yaxşı ssenaridə belə Hörmüz boğazının bağlanmasının nəticələri yaxın aylarda özünü göstərəcək və inkişaf etməkdə olan ölkələr daha çox zərər görəcək.

Daha əvvəl İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın mümkün zərbələri fonunda Hörmüz boğazından keçən gəmiçiliyin tam dayandırıldığını açıqlamışdı. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə boğazdan keçməyə cəhd edən ən azı iki gəminin hədəfə alındığını bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax