BMT Hörmüz boğazındakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat yayıb.
Bildirilib ki, baş katib Antonio Quterreş strateji əhəmiyyətə malik Hörmüz boğazında artan məhdudiyyətlər və dəniz hərəkətində yaranan gərginlikdən narahatdır. O, son 48 saatda baş verən dəniz hadisələrinin beynəlxalq naviqasiya təhlükəsizliyinə ciddi risk yaratdığını vurğulayıb.
Qeyd olunub ki, Quterreş beynəlxalq sularda naviqasiya azadlığının tam şəkildə təmin edilməsinə çağırır və bütün tərəfləri bu hüquqa hörmət etməyə dəvət edir.
Stefan Düjarrik həmçinin bildirib ki, BMT-nin mövqeyinə görə mülki əhaliyə qəsdən zərər verilməsi və ya infrastrukturun dağıdılması heç bir hərbi məqsədlə əsaslandırıla bilməz.
Onun sözlərinə görə, Hörmüz boğazında yaranan gərginlik qlobal bazarlara da təsir göstərib, gübrə və karbamid qiymətlərində artım qeydə alınıb, eyni zamanda neft bazarında da qiymətlərin yüksəldiyi müşahidə olunur.