Əsas məzmuna keç

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyəyə yardım təklif edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyəyə yardım təklif edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə yardım təklif edib. O, bu barədə tviterdə yazıb. “Kahramanmaraşda baş verən dağıdıcı zəlzələ ilə...

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə yardım təklif edib.

“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Kahramanmaraşda baş verən dağıdıcı zəlzələ ilə xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara diləyirəm. Biz Türkiyə xalqının yanındayıq və lazım olan hər cür yardımı göstərməyə hazırıq”, - hökumət başçısı bildirib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…