Operativ Məlumat Mərkəzi

Gürcüstanda Odessadan Voronejə gedən partlayıcı yük saxlanılıb

1 dəq
Paylaş:
Gürcüstanda Odessadan Voronejə gedən partlayıcı yük saxlanılıb

Ukraynanın Odessa vilayətindən Rusiyanın Voronej bölgəsinə gedən partlayıcı yük Gürcüstanda saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bildirib.

Məlumata görə, xüsusi xidmət orqanları həmin partlayıcıların Gürcüstan ərazisinə terror aktı törətmək məqsədi ilə keçirildiyini istisna etməyib.

Bildirilib ki, bu maddələrin Gürcüstan ərazisindən Rusiyaya daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər