Operativ Məlumat Mərkəzi

Gürcüstan xarici güclərin ölkəni xəritədən silmək planları barədə xəbərdarlıq edir

1 dəq
Paylaş:
Gürcüstan xarici güclərin ölkəni xəritədən silmək planları barədə xəbərdarlıq edir

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili deyib ki, düşmən xarici güclər və müxalifət “Gürcüstanı xəritədən silməyə” çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "NewsGeorgia" portalı sitat gətirib.

“Bu gün hamı açıq şəkildə görür ki, bu radikal qüvvə və onun ətrafında cəmləşmiş siyasi, vətəndaş cəmiyyəti və ya media qurumları xarici maraqları güdür və Gürcüstanı müharibə əzabına sürükləməyə çalışır. Bizim səhv etməyə haqqımız yoxdur”, - İvanişvili bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər