Operativ Məlumat Mərkəzi

Gürcüstanda gözlənilən çevrilişlə bağlı xəbərdarlıq edilib

2 dəq
Paylaş:
Gürcüstanda gözlənilən çevrilişlə bağlı xəbərdarlıq edilib
iğtişaşların təşkilatçılarından biri kimi Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvilinin adı çəkilir. DTX həmçinin Ukrayna hərbi kəşfiyyatı...

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə bir qrup şəxsin dövlət çevrilişinə hazırlaşdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iğtişaşların təşkilatçılarından biri kimi Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvilinin adı çəkilir.

DTX həmçinin Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgiy Lortkipanidze və Ukrayna Silahlı Qüvvələrinin tərkibində Ukraynada fəaliyyət göstərən gürcü legionunun komandiri Mamuka Mamulaşvilinin çevrilişdə əli olduğunu açıqlayıb.

Bildirilir ki, Gürcüstan 2014-cü ildə Kiyevdə həyata keçirilən ssenariyə oxşar ssenarini, o cümlədən Tbilisidə çadır şəhərciyinin yaradılmasını həyata keçirməyə hazırlaşır. Eyni zamanda, şəhərdə təxribat törətmək də planlaşdırılır.

“Terror aktı baş verərsə hüquq-mühafizə orqanları ilə etirazçılar arasında fərq qoyulmadan atışma başlayacaq və bu, vətəndaş iğtişaşlarının daha da artması üçün münbit zəmin yaradacaq”, - Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

İdarə 2022-ci ildə oxşar təxribatların planlaşdırıldığını, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların qarşısını ala bildiyini vurğulayıb. Eyni zamanda, Dövlət Təhlükəsizlik Xidməti geosiyasi amili nəzərə alaraq yeni təhlükəni daha təhlükəli kimi qiymətləndirib. Dövlət Təhlükəsizlik Xidməti bu planların qarşısını alacağına söz verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər