Operativ Məlumat Mərkəzi

Gürcrüstan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirib

2 dəq
Paylaş:
Gürcrüstan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirib
müxalifət fəalları hökumət başçısının cəmiyyətə yalanlarla dolu hesabat təqdim edəcəyini bildiriblər. “Hamımız onu etirazla qarşılamalıyıq və o, özünü...

Gürcüstan müxalifəti iyunun 30-da Baş nazir İrakli Qaribaşvilinin parlamentdə illik hesabatla çıxışına etiraz etmək məqsədilə qanunverici orqanın qarşısında aksiya keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müxalifət fəalları hökumət başçısının cəmiyyətə yalanlarla dolu hesabat təqdim edəcəyini bildiriblər.

“Hamımız onu etirazla qarşılamalıyıq və o, özünü Rusiya ilə əməkdaşlıq edən, qeyri-legitim Baş nazir kimi hiss etməlidir. O, heç bir yerdə rahat olmayacaq və yaxşı qarşılanmayacaq, çünki o, işğalçı ölkə ilə əməkdaşlıqda ifşa olunan hökumət başçısıdır”, - aksiya iştirakçılarından biri İqor Narmaniya söyləyib.

Aksiya iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasından olan deputatları da etiraz şüarları ilə qarşılayıblar.

Qeyd edək ki, İ.Qaribaşvili illik hesabatında bildirib ki, Ukraynada davam edən müharibə təkcə region üçün deyil, bütün dünya üçün bir çağırışdır.

Baş nazir onu da bildirib ki, hökumətin fəaliyyəti ilə bağlı hesabatı təqdim etmək onun üçün böyük şərəfdir.

“Siz yaxşı bilirsiniz ki, hesabat dövrü dünya üçün ən çətin, çağırışlarla dolu dövrdür. Biz çox çətin vəziyyətdə işləməliyik. Biz qaydalara əsaslanan beynəlxalq nizamın dəyişməsini izləyirik və əslində nüvə silahından istifadə təhlükəsi realdır.

Belə bir şəraitdə, təbii ki, Baş nazir kimi mənim əsas qayğım, hökumətimizin əsas vəzifəsi məhz ölkəmizi xilas etmək, xalqımızın mənafeyini qorumaq və ən əsası belə bir şəraitdə güclü iqtisadi inkişafı qorumaqdır”, - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər