Əsas məzmuna keç

Günlərdir axtarılan fenomenin cəsədi tapıldı

Günlərdir axtarılan fenomenin cəsədi tapıldı

Taha bacı-qardaşı ilə Hatayın Yayladağ rayonunda bibisigildə qonaq qalarkən zəlzələnin dağıntıları altında qalmışdı. Günlərdir aparılan axtarışlar...

Günlərdir dağıntılar altında qalan fenomeni Taha Duymazla bacısı və Umutun cansız bədənləri dağıntılar altından çıxarılıb.

"Operativ Məlumat Mərkəzi - OMM" mətbuatına istinadən xəbər verir ki, Taha bacı-qardaşı ilə Hatayın Yayladağ rayonunda bibisigildə qonaq qalarkən zəlzələnin dağıntıları altında qalmışdı. Günlərdir aparılan axtarışlar nəticəsiz qalıb. Belə ki, 19 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Eyni zamanda Tahanın bacısı ilə qardaşı, həmçinin bibisi ilə onun həyat yoldaşı da həlak olub.

Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb. Zəlzələdən sonra onun daha öncə verdiyi açıqlama yenidən sosial mediada gündəmə gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…