20 aprel tarixində Günəş tutulmasının baş tutacağı planlaşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 76 saniyə davam edəcək.
Belə ki, qeyd olunan tarixdə Ayın tamamilə Günəşin qarşısını kəsəcəyi proqnozlaşdırılıb.
Tutulma yalnız Cənub yarımkürəsində görünəcək. Hesablamalara əsasən bu tarixi hadisəyə yalnız 50 min nəfər şahidlik edəcək.
Xatırladaq ki, növbəti Günəş tutulmasının 2024-cü ildə qeydə alınacağı gözlənilir.